!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kan 11: “İsrail Qəzzanı Fələstin kəşfiyyatının rəhbərinə verəcək” - FOTO

!Reklam – Yazi

İsrail Qəzzanı Fələstin kəşfiyyatının rəhbərinə təslim etmək istəyir.

Yenicag.az xəbər verir ki, bu barədə İsrailin “Kan 11” dövlət telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, İsrail Fələstin kəşfiyyatının rəhbəri Məcid Fərəcin müharibədən sonrakı dövrdə Qəzza zolağının mülki administrasiyasının rəhbəri vəzifəsinə namizədliyini nəzərdən keçirir.

Qeyd edilir ki, 61 yaşlı Fərəc namizədlər siyahısında tək deyil, Fələstin Muxtariyyətində başqa tanınmış simalar da var.

Mənbənin sözlərinə görə, Fərəc Fələstin Muxtariyyətinin lideri Abbasın yaxın adamı hesab olunur. Onun “İsrailin yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə əla münasibətləri var”.

Xuraman Etibarlı

www.yenicag.az

140
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv