!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kanadanın ictimai xadimləri Azərbaycana səfər etdilər

!Reklam – Yazi

Kanadada fəaliyyət göstərən ictimai, media və diaspor təşkilatlarının bir qrup təmsilçisinin Azərbaycana səfəri başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Yenicga.az-a verilən məlumata görə, nümayəndə heyətinə Kanadanın Milli Etnik Mətbuat və Media Şurasının İdarə Heyətinin üzvü, Kanada Birləşmiş İcmalarının Mətbuat Məşvərət Şurasının rəhbəri Toni Ruprext, jurnalist İnqa Söney-Kelner, Türk Federasiyasının xarici əlaqələr üzrə konsul əlaqələndiricisi İsmail Vataner və “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri Lalin Həsənova daxildir.

Lalin Həsənovanın təşəbbüsü ilə baş tutan səfər Azərbaycan həqiqətlərini, ölkəmizin ədalətli mövqeyini və Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqları Kanada ictimaiyyətinə çatdırmaq, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

Kanadalı qonaqların müxtəlif dövlət qurumlarında, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsində görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər çərçivəsində kanadalı qonaqlar bu gün Gəncə şəhərlərinə yola düşüblər.

www.yenicag.az

517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv