!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kapitulyasiya və Paşinyan üçün ÇEVRİLİŞ RİSKİ: “Müxalifət qüvvələrinin mövcud imkanları...”

!Reklam – Yazi

“Kapitulyasiyadan sonra Ermənistanda gərginliyin daha da artacağını proqnozlaşdırmaq mümkündür”.

Bu fikirləri Azərbaycanın dünən başladığı lokal antiterror tədbirlərinin uğurla yekunlaşdırılmasının Ermənistandakı ümumi vəziyyətə təsirini dəyərləndirən professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, son gedişat Ermənistanın Azərbaycanla sülh sazişini imzalamaq məcburiyyətini mütləq mənada artırıb:

“Sizin də izlədiyiniz kimi, dünəndən bu yana İrəvanda və Ermənistanın başqa bölgələrində çox ciddi gərginlik hökm sürməkdədir. Müxalifət qüvvələrinin bir hissəsi, o cümlədən, cəmiyyətin müəyyən kəsimi meydanlardadır və hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Narazı kütlə Paşinyanı “satqın, düşmən” adlandıraraq onun hakimiyyətdən getməsini tələb edir.

Çox qəribə hallardan biri də budur ki, Paşinyan öz çıxışında təxminən “Dağlıq Qarabağın Ermənistana heç bir aidiyyəti yoxdur, oradakı proseslər bizi maraqlandırmır” məzmunlu fikir səsləndirdi. Digər tərəfdən son günlərdə bir çox daxili və xarici qüvvələrin Ermənistanı Azərbaycanla hərbi toqquşmaya cəlb etməyə çalışdıqları müşahidə olunur.

Həmin qüvvələr həm də Azərbaycanın Qarabağda başladığı antiterror əməliyyatlarına müqavimət göstərilməsinə çağırış edərək bu prosesin uzanmasında maraqlı olduqlarını gizlətmirdilər. Kapitulyasiyadan sonra Ermənistanda gərginliyin daha da artacağını proqnozlaşdırmaq mümkündür. Bununla belə, bu aksiyaların Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxaracağı gözlənilmir.

Çünki hökumət əleyhinə birləşmiş müxalifət qüvvələrinin Paşinyanı iqtidardan uzaqlaşdırmağa yetəcək gücdə olmadığı aydındır. Eyni zamanda, hakimiyyətə seçkilər yolu ilə gəlmiş Paşinyanın güc yolu ilə devrilməsi Ermənistanı daha böyük fəlakətlərlə üz-üzə qoyacağı şübhəsizdir. Hər halda, son gedişat Ermənistanın Azərbaycanla sülh sazişini imzalamaq məcburiyyətini mütləq mənada artırıb”.

A.Zeynalov

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv