Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Karabakh.Today” Türkiyədə müştərək sərgi keçirdi

photo_3423Bu gün Türkiyənin Kırşəhər bölgəsində Kırşəhər valiliyinin, Kırşəhər gənclər və idman baş idarəsinin, həmin şəhərdə fəaliyyət göstərən Ahi Evren Universitetinin və “Karabakh.Today” Beynəlxalq Analitik İnformasiya Portalının birgə təşkilatçılığı ilə “Türkiyə – Azərbaycan münasibətləri və Qarabağ həqiqətləri” adlı konfrans keçirilib. Tədbirdən əvvəl iştirakçılar universitetin foyesində “Karabakh.Today” Beynəlxalq Analitik İnformasiya Portalının hazırladığı Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan sərgi stendə baxış keçiriblər.

Qonaqlar sərgini gəzəndən sonra “Türkiyə – Azərbaycan münasibətləri və Qarabağ həqiqətləri” adlı konfrans öz işinə başlayıb. Konfransda çıxışçılar millət vəkili Qənirə Paşayeva və yazar İmdat Avşar Qarabağ həqiqətləri haqqında iştirakçılara məlumat verib və ermənilərin törətdiyi vandalizm hərəkətləri barəsində danışıblar. Daha sonra millətvəkili Qənirə Paşayeva və yazar İmdat Avşarın birgə hazırladıqları “Qarabağ hekayələri”adlı kitabın təqdimatı baş tutub.

www.yenicag.az

541