Azərbaycan Premyer Liqası karantinə görə dayandırılandan sonra ilk futbol matçı keçiriləcək.
Bu barədə Yenicag.az-a “Qarabağ” futbol klubunun mətbuat xidmətindən məlumat verilib.
İlk matç “Sabah”la “Qarabağ” arasında hazırlıq oyunu olacaq.
Masazırdakı yoxlama matçı bu gün saat 19:30-da başlayacaq və “CBC Sport”la canlı yayımlanacaq. Sabah isə 3 yoxlama qarşılaşması birdən keçiriləcək.
Bunlar “Neftçi” – “Keşlə”, “Zirə” – “Səbail” və “Sumqayıt” – “Qəbələ” görüşləridi.
Xatırladaq ki, martın 8-dən məcburi fasiləyə yollanan Premyer Liqamızın iyunun 21-də XXI turla davam etməsi nəzərdə tutulub.
Yoxlama matçı
9 iyun
19:30. “Sabah” – “Qarabağ”
Bakı. “Bank Respublika Arena” stadionuvv