!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kardioloji risk yaradan FAKTORLAR: "Azərbaycanda ürəktutmadan ölənlərin sayının artması..." - AÇIQLAMA

!Reklam – Yazi

Dünya statistikasına əsasən, Azərbaycan ürək xəstəliklərinin ən çox olduğu ölkələr arasında ikinci sıradadır. Belə ki, ölkəmizdə hər 100.000 nəfərdən, 388-i ürəktutmadan vəfat edir.

Bunun səbəbi nədir? Niyə ölkəmizdə ürək xəstəlikləri bu qədər artıb?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən kardioloq Şəmşir Vəliyev bildirib ki, bu problem yalnız Azərbaycanda baş vermir:

“Ümumiyyətlə, ürək xəstəlikləri nəinki Azərbaycanda, dünyanın bütün ölkələrində ölüm səbəbi olaraq birinci sırada durur. Ürək xəstəliklərinin ən böyük səbəbi genetik faktorlarla bağlıdır. Yəni ata və ya anada bu xəstəlik varsa, övlada da keçməsi ehtimalı yüksəkdir. Bundan əlavə, digər təsirlərin də rolu böyükdür.

Stresli həyat, zərərli vərdişlər, energetik içkilər və bir çox hallarda insanda digər xəstəliklərin də mövcudluğu ürək xəstəliklərinə gətirib çıxarır. Təbii ki, bu vərdişlərdən uzaq durduğumuz zaman və digər xəstəliklərin də vaxtında müalicəsi ürək xəstəliklərinin qarşısını alır. Passiv həyat, gərgin iş rejimi, yuxu pozğunluğu, zamanında istirahətə vaxt ayırmamaq da ürək xəstəliklərinin əsas səbəblərindəndir. Burada qidalanmaya da xüsusi diqqət yetirmək vacibdir. Son zamanlar vaksinasiyanın ürək xəstəliklərinə gətirib çıxarması ilə bağlı şayiələr yayılır. Bu şayiələr özünü doğrultmur və heç bir elmi sübutu yoxdur”.

Şahanə Paşa

www.yenicag.az

413
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv