!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kartof qabığını heç vaxt atmayın! - Görün nələr etmək olar

!Reklam – Yazi

Biz adətən meyvə-tərəvəzlərin qabıqlarını və tumunu zibil qutusuna atırıq, lakin atılan qalıqlar bir çox fərqli sahədə istifadə edilə bilər. Kartof qabıqları da bunlardan biridir.

Yenicag.az kartof qabığının hansı sahələrdə istifadə oluna biləcəyini təqdim edir:

– Kartof qabıqları gümüşün təmizlənməsindən ləkələrin çıxarılmasına qədər bir çox sahədə yaxşı nəticələr verir.

– Gözaltı torbaları üçün faydalıdır. Gözlərinizin şişməsinin səbəbi nə olursa olsun, kartof şişkinliyi azalda bilər. Kartofda olan nişasta göz altındakı torbaları azaltmağa kömək edən iltihab əleyhinə xüsusiyyətlərə malikdir.

– Yanıqlara və yaralara qarşı effektlidir.

– Ağ saçları örtür. Hər duşdan sonra saçınıza kartof qabığı çəkin. Bundan sonra saçınızı yumayın. Eyni zamanda bu, saçlarınızdakı kəpək problemlərinə, qırılmalara və tökülmələrə də yaxşı təsir edəcək.

– Dəri ayaqqabıları kartof qabığı ilə təmizləmək mümkündür.

– Kartof qabığı ilə qaralmış gümüşü və paslı metal əşyaları təmizləmək olar.

– Soyduğunuz kartofun qabığından ləzzətli cipslər də hazırlaya bilərsiniz. Soyulmuş kartof qabıqlarını yaxşıca yuduqdan sonra bir müddət suda saxlayın. Sonra duz əlavə edərək qovurun. Bu cipsləri sobada da rahatlıqla hazırlaya bilərsiniz. Zeytun yağı ilə yağladığınız məcməyiyə kartof qabıqlarını düzün. Üzərinə istədiyiniz ədviyyatları səpib 180 dərəcə qızdırılmış sobada qızılı rəng alana qədər bişirə bilərsiniz.

– Kartof dəri üçün təbii ağardıcı vasitə kimi də istifadə edilə bilər. Kartofun qabığı günəş ləkələrinin aradan qaldırılmasında təsirlidir. O, həmçinin üzdəki qara nöqtələrin, mimik qırışların qarşısını alır.

– Ev təmizliyində də kartof qabığından istifadə edilə bilər. Məsələn, əlüzyuyan və ya keramika plitələrin üzərindəki ləkələri kartof qabığı ilə sürtmək olar. Ləkələri çıxardıqdan sonra su ilə yuyub qurulaya bilərsiniz./yenisabah.az/

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv