!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kasıb adam alçaq adamdır" - Bu, açıq-aşkar  təbliğatdır! - Ekspertdən sərt AÇIQLAMA

!Reklam – Yazi

“Bir qrup var ki, xalqımızın düşmənidir. Ailələrin dağılmasını, pozğunluğu təbliğ edən qrupdur”.

Bunu Elgiz Əkbərin “pulu olmayan adama ərə getməyin!” sözlərinin cəmiyyətdə yaratdığı ajiotaja münasibət bildirərkən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı Yenicag.az-a açıqlamasında deyib.

O, deyib ki, bu alçaq yanaşma, təbliğatdır:

“Nə indiki dövrdə, nə də keçmişdə belə bir yanaşma olub. Tarix boyu əhali çətin vəziyyətdə yaşayıb. Lakin evlənib əl-ələ verib qurub-yaradıblar. Çətinliklər hər zaman olub və olacaq da. Dünyada hər kəs varlı yaşaya bilməz.
Bir qrup var ki, xalqımızın düşmənidir. Ailələrin dağılmasını, pozğunluğu təbliğ edən qrupdur. Bu qrup xarici dəstəklə təmin olunur və yetişdirilir. Psixoloji olaraq sosial şəbəkələrdə, televiziya kanallarında terror aparırlar. “Evlənməyin, kasıb adam alçaq adamdır” təbliği aparırlar. Onların düşüncəsi ilə hər kəs varlı olmalıdır, rüşvət almalıdır, yeyib-talamalıdır. Bu təbliğ bizi mənəvi faciə ilə qarşı-qarşıya qoyur.

Azərbaycanda ailə insitutu demək olar ki, tamamilə dağılıb. Təbliğatların nəticəsidir ki, az uşaqlı ailələrin sayı artıb. Bu demoqrafik faicədir. Dünyada demək olar ki, boşanmaların sayına görə ilk sıralardayıq. Əxlaqsızlıq halları kütləvi surətdə artıb. Millətin gələcəyi məhv edilir”.

Sosioloq bildirib ki, Qərb fondlarından “qadın azadlığı”, “gender bərabərliyi” və sair bunun kimi bəzəkli sözlər adı altında Azərbaycanın milli-mənəvi dəyərlərini məhv etmək üçün milyonlarla dollar ayrılıb:

“Bəzi televiziya kanallarımızın bu məsələdə əvəzedilməz rolu var. Mənəvi terrorla məşğuldurlar. Feministlər qadınlarımızı yoldan çıxarmaq üçün nə hoqqalara əl atırlar.
Ayılmalıyıq, yoxsa çox ağır nəticələrlə üzləşəcəyik. Cənab Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimiz üzərində inkişaf edəcəyimizi dəfələrlə deyib. Əks təbliğatla məşğul olub xalqı uçuruma sürükləyənlər isə açıq-aşkar İlham Əliyevin siyasətinə xəyanət edir”.

E.Bayramlı qeyd edib ki, sosial problemlər bütün ölkələrdə var:

“Ata-analarımızdan, nənə-babalarımızdan görmüşük ki, çətin yaşasalar da evləniblər. Əl-ələ verib ev, ailə qurub bütün çətinliklərin öhdəsindən gələ biliblər. 90 faizinin evləndikdə öz evləri belə olmayıb.

Cəmiyyəti səf yöndə təbliğata sürükləyənlər linç və təhqir olunmalı, üzlərinə tüpürülməlidir. Lakin əksini müşahidə edirik, həmin adamlar “ulduz”a çevrilir. Kasıbları təhqir edənlərin hörmətli olması cəmiyyətimizin problemidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

788
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv