!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçici hədəfdən sonrakı ADDIM: Bu, separatçı rejim üçün sonun başlanğıcıdır - Hərbi ekspert

!Reklam – Yazi

“Həyata keçirilmiş son əməliyyat separatçı rejim üçün sonun başlanğıcıdır”.

Bu sözləri Azərbaycan ordusunun Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürməsini şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, nəzarətə götürülmüş mövqelər Azərbaycan üçün ən çox təhlükə yaradacaq ərazilər idi:

“Bundan əvvəlki əməliyyatlar həyata keçiriləndə, xüsusən də 2054 yüksəkliyi nəzarətə götürüləndə deyirdim ki, bu bizim keçici hədəfimizdir, Qarabağda yurisdiksiyamızın təmin olunmasının davamı gələcək. Son əməliyyat da təxminlərimi doğru çıxardı.

Əməliyyat baş verən bölgədə Laçın rayonunun Gorus rayonu ilə şərti sərhədinin kəsişdiyi ərazidə 5 km zolaqda üç tərəfli bəyanata əsasən Rusiya sülhməramlılarının nəzarət etməsi baxımından boşluq var idi. Bu boşluqdan da ermənilər, İran da separatçı rejimə dəstək baxımından qeyri-qanuni daşımaları həyata keçirirdi. Rusiya sülhməramlıları da buna göz yumurdu. Bu əməliyyatla şərti sərhədimizin bərpası həyata keçirildi. Bunun arxasınca da, həmin ərazidə nəzarət buraxılış məntəqəsinin qoyulması həyata keçiriləcək. İlkin mərhələdə ola bilsin ki, Rusiya sülhməramlıları ilə birgə nəzarət həyata keçirilsin. Ondan sonrakı mərhələdə birtərəfli qaydada bu baş verəcək. Separatçı rejim üçün bu əməliyyatın adı sonun başlanğıcıdır.

Nəzarətə götürülmüş mövqelər Azərbaycan üçün ən çox təhdid və təhlükə yaradacaq ərazilər idi. Sərhəd nəzarətimiz yox idi. Birinci eşalon birliklərimiz həmin bölgələrdə yox idi. Ona görə də həmin 5 km-lik ərazini ermənilər tərəfindən təhdid, təhlükə, ola bilsin, diversiya və hücum əməliyyatlarının keçirilməsi üçün münbit ərazi sayılırdı. Bu əməliyyatla bu cür təhdid və təhlükə sonlandırılmış olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

1512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv