!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Keçirilən aksiya Azərbaycan cəmiyyətinin rus hərbi kontingentinin ölkədən çıxarılması məsələsində...” – MÖVQE

!Reklam – Yazi

“Belə bir aksiyanın təşkil olunması vətəndaş cəmiyyətinin potensialını və fəaliyyət qabiliyyətinin yüksək olduğunu ortaya qoydu”.

Bu fikirləri Azərbaycan ictimaiyyəti nümayəndələrinin Şuşa-Xankəndi yolunda təşkil etdikləri fasiləsiz aksiyanın əsas hədəfindən danışan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, bu aksiya Azərbaycan cəmiyyətinin Qarabağdakı Rusiya hərbi kontingentinin ölkədən çıxarılması məsələsində həmrəy olduğunu nümayiş etdirir:

“Biz partiya olaraq bu məsələni müzakirə etmişik və keçirilən aksiyanın tamamilə haqlı, əsaslı addım olduğunu bildirmişik.

Bildiyiniz kimi, Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri effektli fəaliyyət göstərməmək iradları ilə qarşılaşırdılar və tənqid olunurdular.

Ancaq belə bir aksiyanın təşkil olunması vətəndaş cəmiyyətinin potensialını və fəaliyyət qabiliyyətinin yüksək olduğunu ortaya qoydu.

Bizim bir çox partiya üzvlərimiz də aksiyaya qatılmaq niyyətlərini bildiriblər. Hazırda bu məsələnin siyasi nöqteyi-nəzərdən məqsəduyğunluğunu müəyyənləşdiririk.

Təbii ki, bütün aksiyaların konkret məqsədi olur. Hesab edirəm ki, bu aksiyanın da başlıca məqsədi sülhməramlı adı altında Qarabağda yerləşdirilmiş Rusiya hərbi kontingentinin ölkədən çıxarılmasıdır. Azərbaycan cəmiyyəti bu məsələdə tamamilə həmrəydir”.

A.Zeynalov

www.yenicag.az

686
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv