!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçirilən görüşlər və sülh MƏSƏLƏSİ: "Ermənistanın manipulyativ, danışıqları sabotaj edən davranışları..."

!Reklam – Yazi

“Ermənistanın Türkiyədə keçirilən prezident seçkilərini və Rusiya-Ukrayna müharibəsinin nəticələrini gözləyən riyakar davranışları sülhü şübhə altına salır”.

Bunu Ermənistanla Azərbaycan arasında sühə nail olma yolunda Vaşinqton və Brüsseldə keçirilən görüşlərdən sonra Moskvada keçiriləcək görüş haqqında fikirlərini bölüşən politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, bu ilin əvvəllərindən başlayaraq Avropa, xüsusilə də ABŞ təşəbbüsü ilə Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında sülhün təmin olunması istiqamətində müsbət cəhdlərin şahidi olduq:

“Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan liderlərinin görüşü təşkil edildi. Görüş çərçivəsində Ermənistanın üçtərəfli bəyannamə ilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı çağırışlar bölgədə sülhün təmin olunmasına kifayət qədər ciddi şans formalaşdırırdı.

Ermənistanın manipulyativ, danışıqları sabotaj edən davranışları, sülh danışıqları görüntüsü yaratmaqla prosesi uzatmağa çalışması sülh müqaviləsinin imzalanmasına olan ümidləri yenidən puça çıxardı. Rusiya, Fransa və İran kimi dövlətlərin təhriki ilə bölgədə tənzimlənən münaqişə situasiyasının qorunub saxlanılması istiqamətində Ermənistanın məqsədli addımları bu reallıqların yaranmasında çox mühüm rol oynadı.

Aprelin 23-ü Azərbaycan qətiyyətli iradə ortaya qoyaraq ermənilərin cinayətkar məqsədlə istifadə etdiyi Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu addım Ermənistan və havadarları üçün gözlənilməz, soyuq duş efffekti verən hadisə oldu. Ölkəmizin atdığı bu addımdan sonra Ermənistan cəmiyyəti və siyasi elitasında Azərbaycanla razılıqların əldə olunmasından başqa alternativinin olmadığı təsəvvürləri yenidən genişlənməyə başladı.

Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi yolunda aktiv proseslər Qafqaza sülh gəlməsi istiqamətində çox ciddi şanslar yaradır. Ermənistanın Türkiyədə keçirilən prezident seçkilərinin və Rusiya-Ukrayna müharibəsinin nəticələrini gözləyən riyakar davranışları isə sülhü şübhə altına salır. Rusiya, Fransa və İran kimi dövətlərin təhriki ilə Ermənistan yenə də prosesi uzatmağa çalışacaq. Manipulyativ davranış sərgiləməklə sülhə xidmət edən davranışlardan çəkinəcək. Çox təəssüf ki, qarşıdakı aylarda da Ermənistanla sülh razılaşmasının imzalanması hələ ki, real görünmür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv