!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş baldızına 6 bıçaq vurdu - Uşaqlarını ona göstərmədiyi üçün

!Reklam – Yazi

Bakıda baldızını öldürməyə cəhddə təqsirli bilinən Dinar Təhməzov Ali Məhkəməyə müraciət edib.

Yenicag.az xəbər verir ki, onun müraciətinə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

Məhkəmə baxış iclası oktyabr ayının 23-nə təyin olunub.

İttihama görə, D.Təhməzov axşam saatlarında paytaxtın Alatava ərazisində yaşayan keçmiş arvadının yanına gələrək uşaqlarını görmək istədiyini tələb edib. Keçmiş ər-arvad arasında mübahisə yaranıb. Daha sonra keçmiş baldızı Nuranə Fərzəliyeva ilə mübahisə edən D.Təhməzov ona altı bıçaq zərbəsi vurub.

D.Təhməzovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsədən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Təhməzov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, D.Təhməzovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

www.yenicag.az

4030
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv