!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş icra başçısının qohumu ağır qəza törətdi - 3 ölü, 3 yaralı

!Reklam – Yazi

Dünən axşam saatlarında Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, Hacıqaraqaşlı kəndində “Kia Cerato” markalı maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Dünyasını dəyişənlər Zəkiyev Vüsal Rövşən oğlu, Babayev Cəlal Azad oğlu və Babayev Elnur Azad oğludur. Xəsarət alan şəxslər isə Zəkiyev İsmayıl Rövşən oğlu, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğludur.

Xəsarət alan şəxslərin müalicəsi Şabran MRX-də davam etdirilir.

Report-un xəbərinə görə, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (1995-2007) Sündüz Babayevanın bacısı oğludur. Bu törətdiyi hadisə Bəxtiyar Şahverdiyevin sayca dördüncü ağır yol-nəqliyyat hadisəsidir.

Məlumata görə, qəzaya uğrayan şəxslər sərxoş vəziyyətdə olublar.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

616
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv