!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş məhkum odlu silahı narkotiklə barter etmək istədi - FOTO

!Reklam – Yazi

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə həbs olunmuş Elnur Tağıyev saxlanılaraq polis şöbəsinə gətirilib. 

Yenicag.az xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Şöbədə saxlanılan şəxsin üzərinə qanunla müəyyən edilmiş qaydada baxış keçirilən zaman 1 ədəd atəşəyararlı 7,62 mm-lik revolver tipli tapança aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs odlu silahı tanımadığı şəxsə narkotik vasitə qarşılığında satmaq üçün Göygöl rayonuna gətirdiyini bildirib.

Bundan başqa şöbənin Post Patrul Xidməti bölüyünün əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Tural Quluyev saxlanılıb və ondan narkotik maddə olan tiryək aşkarlanıb.

Şöbənin Cinayət Axtarışı Bölməsinin əməkdaşları isə Bərdə rayon sakini Elçin Sadıqovu saxlayan zaman ondan narkotik maddə olan heroin və metamfetamin aşkarlanıb.

www.yenicag.az

239
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv