!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş məhkumdan axtarış zamanı odlu silah aşkarlandı

!Reklam – Yazi

Yevlax sakinindən odlu silah götürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirlib ki, Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlayan şəxs müəyyən edilib.

Belə ki, RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini, əvvəllər məhkum edilmiş Taleh Bərxudarov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman lüləyi və qundağı kəsilmiş 1 ədəd tüfəng və 3 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və T.Bərxudarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv