!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş məktəb direktoru məhkəmə zalında həbs olundu

!Reklam – Yazi

Dövlət ittihamçısının kassasiya şikayəti əsasında rüşvətalmada təqsirləndirilən Kəlbəcər rayonu 3 saylı tam orta məktəbinin keçmiş direktoru Bəylər Bəylərov həbs olunub.

Yenicag.az xəbər verir ki, kassasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılıb.

Hökmə əsasən, sabiq məktəb direktoru 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, B.Bəylərov 2003-cü ildən Kəlbəcər rayonu 3 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyib. O, 2017-ci ildə keçirilən müsabiqədə müvəffəqiyyət qazanmamış şəxsdən 2 500 manat pulu rüşvət yolu ilə alaraq direktoru olduğu məktəbə müəllim vəzifəsinə təyin edib.
B.Bəylərov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə B.Bəylərova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkumetmə) maddəsi tətbiq olunaraq, ona təyin edilən 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il sınaq müddəti ilə şərti hesab olunub.

Hökmdən narazı qalan dövlət ittihamçısı Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə kassasiya şikayətini qəbul edərək yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərib./report

www.yenicag.az

142
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv