!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş ortağı Maqsud Mahmudovu məhkəməyə verdi

!Reklam – Yazi

Hazırda həbsdə olan iş adamı Maqsud Mahmudov məhkəməyə verilib.

Yenicag.az xəbər verir ki, iddiaçı İsrafilova Mədinə Aydın qızıdır. İş hazırda apellyasiya mərhələsindədir.

Apellyasiya şikayətini Mədinə İsrafilova verib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir.

Mədinə İsrafilova vaxtilə Maqsud Mahmudovun iş ortağı. Onlar Qaradağ rayonunun Lökbatan qəsəbəsində lombard işlədiblər. Onun adı Maqsud Mahmudovla bağlı cinayət işində şahid qismində keçir.

Mədinə İsrafilova məhkəmədə ifadə verərkən şahid deyil, zərərçəkən qismində tanınmalı olduğunu bildirib. Əlavə edib ki, Maqsud Mahmudovla bağlı cinayət işində ən çox zərər məhz ona dəyib.

2020-ci ilin yanvar ayında Maqsud Mahmudov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 133.2.2 (xüsusi dəyəri olan əşyaları talama – təkrar törədildikdə) cinayət işi başlanıb. İş adamı ölkəni tərk etdiyinə görə Daxili İşlər Nazirliyi onu beynəlxalq axtarışa verib.

2021-ci ildə Maqsud Mahmudov Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilib. 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi iş adamını elan olunmuş ittihamlar üzrə təqsirli bilərək 14 il azadlıqdan məhrum edib./qaynarinfo

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv