!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş yüksək məmur işdən çıxarılması ilə niyə barışmaq istəmir? - FOTO

!Reklam – Yazi
Naxçıvan Muxtar Respublikası (MR) Kənd Təsərrüfatı Nazirliyinin keçmiş Aparat rəhbəri Zəkəriyyə Gözəlov işdən çıxarılması ilə barışmaq istəmir. 
Yenicag.az xəbər verir ki, cari ilin əvvəllərində tutuduğu vəzifəsindən azad edildiyi deyilən Zəkəriyyə Gözəlov məhkəməyə müraciət edib. Onun iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
Birinci instansiya və apellyasiya məhkəmələrinin qərarı Zəkəriyyə Gözəlovu qane etmədiyindən Naxçıvan MR Ali Məhkəməsinə kassasiya şikayəti verib. İş hakim YusifəliQurbanovun icraatındadır. Dekabrın 25-nə iş üzrə şifahi məhkəmə baxışı iclası təyin edilib.
Bu ilin fevralında Naxçıvan MR kənd təsərrüfatı naziri Bəhruz Bayramov vəzifəsindən azad edilib. O, 2020-ci ildə Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun sərəncamı ilə bu vəzifəyə təyin edilmişdi. Bəhruz Bayramov işdən çıxarılanda media onu Vasif Talıbovun kadrı kimi təqdim edirdi.
Naxçıvan MR kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Xəyalə Dadaşovaya həvalə edilib. /Qaynarinfo

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv