!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəlbəcər yolu buz bağladı: 20 dərəcə şaxta var

!Reklam – Yazi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qeyri-sabit hava şəraiti ilə bağlı “Zəfər yolu” və Kəlbəcər yolundakı vəziyyəti açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

“23 dekabr 2021-ci il saat 10:00-a olan məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa “Zəfər yolu”nda yağıntı olmasa da, ərazidə 3-4 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

“Toğanalı-Kəlbəcər-İstisu yolunda da hazırda yağıntı yoxdur. Amma yolun Murovdağdan keçən hissəsində 21.12.21 tarixdən gecə saatlarına qədər güclü qar yağıb, qarın hündürlüyü yoldan kənarlarda 30-35 sm təşkil edir. 16-20 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəlib. Yağıntı başlayandan bu gün səhər saatlarınadək yolun qardan təmizlənməsi işləri davam etdirilib, qum-duz səpilib. Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur”, – A. Nəcəfli bildirib.

www.yenicag.az

435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv