Kəlbəcərdə 3 erməni öldü, biri yaralandı – 20 yanvarda

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda avtomobil qəzası baş verib.

Yenicag.az işğalçı ölkənin mətbuatına istinadən xəbər verir ki, yanvarın 20-i gecə saatlarında “Niva” markalı avtomobilin dərəyə aşması nəticəsində 3 erməni ölüb.

Sürücü və iki sərnişin hadisə yerində ölüb. Maşında olan digər sərnişin isə yaralı halda xəstəxanaya çatdırılıb.

Emin