!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəlbəcərdə şəhid olan hərbi qulluqçu dəfn edildi

!Reklam – Yazi

Kəlbəcərdə şəhid olan hərbi qulluqçu dəfn edilib.

Yenicag.az xəbər verir ki, şəhid baş leytenant Fuad Bağırovun nəşi Şirvan şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Dəfn mərasimində şəhidin ailə üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yerli icra və hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yaylım atəşi açılandan sonra şəhid torpağa tapşırılıb.

***

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırovun nəşi Şirvan şəhərinə gətirilib.

Yenicag.az xəbər verir ki, zabitin üçrəngli bayrağa bükülmüş tabutu bu gün səhər saatlarında ailəsinə təhvil verilib.

Onun nəşi Şirvan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv