!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəlbəcərdə yük maşını çay yatağına aşdı - Ölən var

!Reklam – Yazi

Kəlbəcərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a bildirilib ki, bu gün Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini S. Rəhimov idarə etdiyi “Man” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çay yatağına aşıb. Sürücü hadisə yerindən ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv