!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəllə-çarxa çıxan CƏRİMƏLƏR: “Yeni qərar əhalidən daha çox pul qoparmaq niyyəti güdür” – Ekspert

!Reklam – Yazi

“Cərimələr vətəndaşlarımızın ailə büdcəsinə uyğun deyil”.

Bunu yol hərəkəti qaydalarının pozuntusuna görə cərimələrin məbləğinin artırılması ilə bağlı fikirlərini bölüşən nəqliyyat eksperti İlqar Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

 

O, cərimələrin məbləğinin artırılmasının vətəndaşın maddi imkanlarının zəifləməsinə xidmət edəcəyini bildirib:

“Sözsüz ki, cərimələr qayda pozuntuları sayının azalmasına təsir edir. Məsələn, radarların quraşdırılması sürət həddinə nəzarət etməyə çox kömək edib. 5-10 il bundan qabaq sürücülərimiz kütləvi şəkildə təhlükəsizlik kəməri taxmırdı. Cərimələr tətbiq edildikdən sonra isə, demək olar ki, bütün sürücülər kəmərdən istifadə etməyə başlayıb.

Ümumiyyətlə, cərimələrin məbləğinin artırılması qayda pozuntularının sayının azalmasından daha çox vətəndaşın maddi imkanlarının zəifləməsinə xidmət edəcək. Vətəndaşlardan alınan həmin pullar isə dövlətin və yaxud da hər hansısa orqanın büdcəsinə yönəldiləcək. Yeni qərar, sanki əhalidən daha çox pul qopartmaq niyyəti güdür. Çünki mövcud cərimələr olduqca yüksəkdir və vətəndaşlarımızın ailə büdcəsinə uyğun deyil”.

Bilməyərəkdən qayda pozan sürücülərə cərimələrin tətbiqindən danışan ekspert qanunda onlara heç bir güzəştin nəzərdə tutulmadığını qeyd edib:

“Sürücülərin 90%-i bilməyərəkdən qayda pozuntusuna yol verir. Məsələn, yeni quraşdırılan radar sistemindən xəbərsiz olduğu üçün sürücülərin əksəriyyəti radara düşür və cərimə yazılır. Qanunda isə bilməyərəkdən qayda pozuntusuna yol verən nəqliyyat idarəedicisinə hər hansı bir güzəşt edilməsi nəzərdə tutulmur”.

Sadiq Cavadov

www.yenicag.az

233
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv