!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəmalə Ağazadənin etirazına DİN-dən AÇIQLAMA: "İrəli sürülən iddia əsassızdır"

!Reklam – Yazi

“Həmin uşaq və anası xroniki xəstəlikdən əziyyət çəkir”.

Yenicag.az xəbər verir ki, ötən gün sosial şəbəkələrdə “Nizami” metrosunun girişində dilənçiliklə məşğul olan və halsız vəziyyətdə aşkarlanan uşaq şəkli paylaşıldı. İctimaiyyətdə müzakirələrə səbəb olan bu paylaşımda uşağın narkotik vasitə istifadəçisi olduğu irəli sürüldü. Hətta sözügedən uşaqla bağlı paylaşım edən Uşaq Sığıncağı-Reinteqrasiya Mərkəzinin rəhbəri, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də dövlət qurumlarını tənqid edərək öz səlahiyyətlərinin öhdəsindən gəlməməsinə etiraz etmişdi:

“Bu uşağı sosial şəbəkələrdə paylaşmayan qalmadı. Amma nə Daxili İşlər Nazirliyi, nə Səhiyyə Nazirliyi, nə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, nə tələbəsindən xəbəri olmayan Təhsil Nazirliyi, nə də qəyyumluq komissiyasının qış yuxusunda yatan əməkdaşları olan Yasamal Rayon İcra Hakimiyyəti görmədi ki, görmədi…

Bu uşağın narkotik, toksik maddələr qəbul etməsi ehtimalı çox böyükdür. Bədəni yara içində, ayıq görən olmur. Bu uşaq müalicə almalıdır, xanımlar və cənablar. Narkoloji şöbə uşaqlar üçün olmasa belə müalicə almalıdır. Mən bu vəziyyətdə ona heç nə edə bilmərəm. Amma siz dövlət qurumları bir xəstə, asılı uşağı cəmiyyətə yenidən qaytarmağa borclusunuz”.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə Bakıda azyaşlının narkotik maddə qəbul etməsi ilə bağlı irəli sürülən iddialar əsassızdır:

“Həmin azyaşlı anasının yanındadır. Onlar barəsində dəfələrlə profilaktik tədbirlər görülüb. Sığınacağa yerləşdirilməsi təklif olunsa da, o, bundan qəti imtina edib. Həmin uşaq və anası xroniki xəstəlikdən əziyyət çəkirlər. Ana və azyaşlı uşağın qanunvericiliyə uyğun olaraq, aidiyyəti qurumlar məlumatlandırılmaqla müvafiq xəstəxanaya yerləşdirilməsi, eləcə də həyat və sağlamlıqlarının nəzarətə götürülməsi istiqamətində tədbirlər görüləcək. Hazırda bu istiqamətdə ərazi polis orqanına müvafiq göstərişlər verilib”.

Gülşən Şərif

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv