Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun Ali Məhkəmədə torpaq iddiası ilə bağlı məhkəmə prosesi keçirilib.
Yenicag.az unikal.org-a istinadən xəbər verir ki, Tale Heydərov Biləsuvar rayonunda Əliyeva Çinarə Telman qızına məxsus bağ-bostan üçün istifadə olunan torpağını zəbt edib. Bundan sonra qadın yerli məhkəməyə müraciət etsə də məhkəmə prosesini uduzub. Qadın hüququndan istifadə edərək 1-ci instansiya məhkəməsinin qərarından Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib. Hakim Fehruz Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində 1-ci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Çinarə Əliyeva növbəti dəfə Ali Məhkəməyə kassasiya şikayəti verib. Sentyabr ayının 14-də hakim Elşanə Vəliyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində qadının kassasiya şikayəti təmin edilməyib, qətnamə isə dəyişdirilmədən saxlanılıb.
Ali Məhkəmədə qətnamənin qüvvədə saxlanılmasını Çinarə Əliyevanın vəkili Ağabba Qədirov təsdiqləyib.

www.yenicag.az

2309