Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kənan Məmmədovdan Ramil Aslanovun ittihamlarına reaksiya

Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov “Lion Centre” MMC-nin direktoru Ramil Aslanovun ona qarşı irəli sürdüyü ittihamlara cavab verib. 

Yenicag.az xəbər verir ki, bunu Kənan Məmmədov Demokrat.az-ın əməkdaşı ilə telefon söhbəti zamanı təəssüflə bildirib ki, Ramil Aslanovun ittihamları araşdırılmalıdır:

“Azərbaycan Ordusunun bu qədər böyük qələbəsindən və ölkəmizdə yaşanan bayram əhvalından sonra çox təəssüf ki, bir sıra media qurumları bəzi şəxslərin barəmdə səsləndirdiyi ittihamları araşdırmadan dərc edirlər. Yalnış və lazım olmayan bu cür məlumatları dərc etməklə bugünki auramızı da korlayırlar. Çünki barəmdə səsləndirilən ittihamlar tamamilə səhvdir. Mən bundan çox təəssüf hissi keçirirəm”.

Telefonla müsahibə vermək istəmədiyini bildirən Kənan Məmmədov sahibkar Ramil Aslanovun ittihamlarına yalnız rəsmi sorğu əsasında ətraflı cavab verəcəyini söyləyib.

Qeyd edək ki, “Lion Centre” MMC-nin direktoru Ramil Aslanov bu gün Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovla bağlı ölkə rəhbərliyinə açıq mətnlə müraciət edib.

Müraciətdə Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun və İdarənin bəzi əməkdaşlarının əməllərindən şikayət olunur.

Müraciətin mətnini olduğu kimi təqdim edirik:

Hörmətli Cənab Prezident,

Müzəffər Ali Baş Komandan Sizin Rəhbərliyininiz altında rəşadətli Ordumuzun əldə etdiyi tarixi qələbə Azərbaycan vətəndaşlarına, sahibkarlara böyük sevinc hissi yaşadır. Bu şanlı qələbəyə dahi Ümumilli Lider Heydər Əliyevin layiqli varisi kimi Sizin müdrük və uzaqgörən siyasətiniz, böyük zəhmətiniz, iradə və qətiyyətiniz sayəsində nail olundu. Biz Sizinlə fəxr edirik!

Sizin rəhbərliyiniz altında ölkəmizin iqtisadi qüdrəti getdikcə güclənir, ölkədə kiçik və orta sahibkarlığın inkişafına əlverişli şərait yaradılır, sosial-iqtisadi inkişaf sürətləndirilir.

Hörmətli Cənab Prezident,

Təəssüflə bildirmək istəyirəm ki, Bakı Baş Gömrük İdarəsinin rəisi cənab Kənan Məmmədov, Gömrük Rəsmiləşdirməsi İdarəsinin rəisi Elbrus Agayev və Abşeron Logistika Mərkəzindəki gömrük postuna qanunsuz yerləşdirilən Bakı Baş Gömrük İdarəsinin Audit və Risklərin İdarə olunması şöbəsinin Mahir adlı inspektoru Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2018-ci il tarixli Fərmanını və Gömrük Məcəlləsinini 13-cü maddəsində gostərilən “bir pəncərə” mahiyyəti barədə ya anlayışları yoxdur, ya da buna əməl etmək istəmirlər. Belə ki, “bir pəcərə” prinsipinin tədbiqi ondan ötrüdür ki, ölkənin ticarət-iqtisadiyyat inlişafının davamlı dəstəyinin süərətləndirilməsi, əlverişli şəraitin yaradılmasına, dövlətin özəl sektorunun imkanlarının genışləndirilməsinə, nəqliyyat sektorunun inkişafına yardım göstərilməsinə, tranzit potensiyalının artırılmasının stimullaşdırılmasına və sahibkarların, əhalinin rifah halının davamlı olaraq yüksəldilməsinə görə nəzərə alınmışdır. Lakin Kənan Məmmədov həmin “bir pəncərə” prinsipini biz sahibkarlar üçün “on pəncərə” kimi tətbiq edir və yenə də biz sahibkarlar Kənan müəllimin “on pəncərə” sistemindən bir konteyner malımızı keçirə bilmirik. Bakı Baş Gömrük İdarəsinin rəisi Kəna Məmmədov, digər gömrük vəzifəliləri olan Elbrus Ağayev və Mahir müəllimin himayə etdikləri böyük karqo şirkətləri hər gün 10 (on) konteyner həmin “bir pəncərə” sistemi tətbiq olunaraq keçib gedir. Biz sahibkarlar isə Kənan Məmmədovun öz “sarayı” bildiyi Bakı Baş Gömrük İdarısində ayda 1 və ya 2 konteynerləri həmin “on pəncər”-də keçirə bilmirik.

Bakı Baş Gömrük İdarəsinin inzibati binası xalqın və iş adamlarının xidməti üçün yaradılb. Biz sahibkarların əziyəti nəticəsində büdcəyə vergi rusumlarını daxil edərək həmin büdcədəndə BBGİ İnzibati binası və işçiləri saxlanılır. Lakin yenədə biz sahibkarlar Kənan Məmmədovun, Elbrus Ağayevin və Mahir müəllimin tədbiq etdikləri “on pəncərə” sistemində dövriyyə edirik.

Bakı Baş Gömrük İdarəsinin Rəisi cənab Kənan Məmmədova, Gömrük Rəsmiləşdirməsi İdarəsinin rəisi Elbrus Agayevə və Audit və Risklərin İdarə olunması şöbəsinin İnsopektoru Mahir müəllimə sual olunur:

Nəyə görə riskli malları hər gün 5-10 konteynerlər  keçirdən şirkətlər və karqo şirkətləri hər konteynerin içində 10 addan 50 ada kimi malları olduğu halda riskədüşmürlər və “bir pəncərə” sistemindən bəhrələnərək mallarını götürüb gedirlər?

Amma mənim “LİON CENTRE” MMC-mə ayda 2 dəfə gələn konteynerin və içində 2 adda mal olduğu halda riskə düşür və qanunsuz tədbiq edilən “on pəncərə” sistemi ilə belə keçə bilmir. Hətta, dövlət rüsumunu tam ödədiyim halda!

Gömrük Məcəlləsini 317-ci bəndində “xarici ticarətin gömrük statistikasına” riayət etməyimə baxmayaraq yenədə malımı götürüb gedə bilmirəm.

Məncə bu sualın cavabı çox asandır. Bakı Baş Gönrük İdarəsinin rəisinin himayə etdiyi şirkətlər və gizlində, qeryri-qanuni yaratdığı şirkətlər vasitəsi ilə biz sahibkarları ələ alsın, sahibkarlıq fəaliyyətinə maneə olsun və sürümndürməçiliklər yaratsınlar deyə belədir.

Hörmətli Cənab Prezident,

Bildirmək istəyirəm ki, Gömrük Məcəlləsində Gömrük rusumlarının hesablanması qaydalarında 6 üsul vardır:

1. Sövdələşmə üsulu

2. Eyni cinsli malların sövdələşmə qiyməti

3. Eyni tərkibli sövdələşmə qiyməti

4. Çıxılma üsulu(bazarla müqayisə)

5. Toplanma üsulu (invoysa əsasən malın toplanması)

6. Ehtiyyat üsulu

Lakin, Bakı Baş Gömrük İdarəsinin rəisi cənab Kənan Məmmədov, Gömrük Rəsmiləşdirməsi İdarəsinin rəisi Elbrus Ağayev və Bakı Baş Gömrük İdarəsinin Audit və Risklərin İdarə olunması şöbəsinin inspektoru Mahir müəllim özlərindən qeyri-qanuni 7-ci, 8-ci və 9-cu üsullar fikirləşib tədbiq edirlər. Adlarını şəkdiyim şəxslər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il  noyabr tarixli 500 saylı qərarı ilə hesablaşmır və rəsmi sənədi saymırlar.

Hörmətli Cənab Prezident,

Bir daha bildirirəm ki, mən “LİON CENTRE” MMC-nin adına Çin Xalq Respublikasından idxal etdiyim malın 01201000326352 saylı bəyannamə üzrə dövlət rüsumunu tam ödədiyimə baxmayaraq malım hələ də Bakı Baş Gömrük İdarəsinin rəisi tərəfindən saxlanılır, onun rəhbərlik etdiyi qurumda məmur özbaşnalığı baş alıb gedir. Hər bir yeni şirkət gömrükdə ilk dəfə mal ixrac etdiyi və gömrük sisteminə qoşulduğu zaman müvafiq qanunvericilikdə nəzərdə tutulmuş “Öhdəlik” deyilən bir sənədləşməyə imza atır. Bu hal biz sahibkarlar üçün malımızı götürüb getməyimizə işimizin yüngülləşdirilməsi üçün nəzərə alınıb. Mən də həmin “Öhdəliyə” imza atmışam, amma yenə də mənim malım qanunsuz, təziqlərlərlə Abşeron Logistika Mərkəzində saxlanılıb. Malımı hələ də götürə bilmirəm.
Diqqətinizə bir daha çatdırırmaq istəyirəm ki, Kənan Məmmədovun Bakının Nərimanov prospekti, keçmiş “Əzizbəyov” heykəlinin yaxınlığındakı “Lusso Vita” mağazası, eyni zamanada Rusiyadan Azərbaycana karqo fəaliyyəti həyata keçirən şirkətlərdən birinə gizli himayədarlıq etməsi faktı mövcuddur.

Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov bunlarla kifayətlənmir, Bakı Baş Gömkük İdarəsinə yaxın ərazidə yerləşdirdiyi öz broker xidmətinə sahibkarların cəlb edilməsinə şərait yaradılır.

Kənan Məmmədov, Elbrus Ağayev və Mahir müəllim tək mənə yox, mənim kimi bir neçə sahibkarların mallarını da qanunsuz şəkildə saxlayır.

Əminliklə söyəyə bilərəm ki, Dövlət Gömrük Komitəsinin Sədri cənab Səfər Mehdiyev Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun, Elbrus Ağayevin və Mahir adlı inspektorun sahibkarlara qarşı qanunsuz əməlləri, süründürməçiliyi, məmur özbaşnalığı və bürokratik əngəllər yaradılmasından məlumatı olmayıb.

İnanıram ki, hörmətli Səfər Mehdiyev Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, gömrük sistemində də həyata keçirilən innovativ islahatların, ticarətin asanlaşdırılmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, beynəlxalq tranzitin inkişafına, şəffaflığın və vətəndaş məmnuniyyətliyinin təmin olunmasına, kölgə iqtisadiyyatının aradan qaldırılması ilə əlaqədar əlindən gələni edərək sübut etmiş, göstərmiş və etimadı doğrultmuşdur.

Səfər müəllim o qədər sadə insandır ki, məni iki dəfə sadə sahibkar kimi qəbulm edib və dinləyərək həmin dəqiqə çətinliyimi, yaradılan əngəlləri aradan götürmüşdür.

Bir daha bildirirəm ki, Bakı Baş Gömrük İdarəsinin bu məmur özbaşnalığını yaradan adlarını çəkdiyim məmurların əməlləri Dövlət Gömrük Komitəsinin şəffaflığının  təmin edilməsi, Komitənin Sədri Cənab Səfər Mehdiyevin fədəkarcasına indiyədək gördüyü işlərə kölgə salır.

Biz Dövlət Gömrük Komitəsinin Sədri Səfər Mehdiyevin Komitəyə gəldiyi gündən büdcənin artırılmasının şahidi oldmuşuq. İnanıram ki, Səfər Mehdiyev bu yazdıqlarımı oxuyub məlumatlandırıldıqdan sonra məmur özbaşnalığının, adlarını çəkdiyim gömrük əməkdaşları barədə cəza mexanizimlərini işə salaraq müvafiq tədbirlər görəcək.

Hörmətli Cənab Prezident, 

Ötən gün Sizin Füzuli və Cəbrayıl rayonlarında olduğunuzu mən media vasitəsilə izlədim. Siz orada bildirdiz və götərildi ki, müharibə nəticəsində dağılmış və sökülmüş ərazilərdə bərpa işləri görüləcəkdir. Respublikanın bir sahibkarı kimi Sizin dediklərinizə sevinirəm və həmin işlərdə iştirak edəcəyimi özümə şərəf və borc bilirəm.

Sizin də söylədiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən sahibkarların işlərinə müdaxilə yol verilməzdir. Sahibkarlar əldə etdikləri vəsaiti işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına, orada iş yerlərinin açılmasına, həmin yerlərin abadlaşdirilmasına sərf etsinlər.

İnanın ki, bu hər bir sahibkarın ürəyindən keçən bir arzudur və bir daha əminiklə söyləyirəm ki, çıxışlarınızda məmur özbaşınalığına son qoyulması, Azərbaycanda korupsiya və rüşvətxorluğa qarşı mübarizədə göstərdiyiniz əzimkralıq bütün sahibkarlar üçün böyük stimuldur.

Hesab edirəm ki, yerlərdə fəaliyyət göstərən büroklatlar Sizin dediklərinizə əməl etməli və qanuna tabe olaraq səfaf şəkildə fəaliyyət göstərməlidirlər.

Yuxarda göstərilənləri nəzərə alaraq, mənə qarşı Bakı Baş Gömrük İdarəsində edilən ədalətsizliklərə və qanunsuz tələblərə son qoyulması və Bakı Baş Gömrük İdarəsində olan “LİON CENTRE” MMC-mə məxsus 01201000326352 saylı bəyannamə ürə dövlət rüsumunun tam ödədiyim malımın buraxılması üçün müvafiq icra orqanlarının rəhbərlərinə göstəriş verməyinizi Sizdən xahiş edirəm.

Hörmətlə,

“Lion Centre” MMC-nin direktoru Ramil Aslanov

www.yenicag.az

131