!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kənar güclərin rəsmi İrəvan üzərindən planları: “Azərbaycana qarşı müharibəni Ermənistan yox...” - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“İkinci və üçüncü dövlətlər vasitəsilə Ermənistan üzərindən Azərbaycana qarşı yaranan təhlükəyə hazır olmalıyıq”.

Bunu Fransanın Ermənistanı silahla təmin etməsi, Ermənistanda və separatçı rejimin tərkibində olan hərbçilərin təlimlərindən danışan hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistanın keçirdiyi hərbi təlimlər ordunun döyüş hazırlığının artırılması, səfərbərlik ehtiyatlarının mövcud ola biləcək eskalasiyada təhlükəsizliyinin təmin edilməsi üzərinə məşqlərdir:

“Ermənistanın Azərbaycana qarşı müharibə etmək gücü yoxdur. O, daha çox bizim gücümüzdən ehtiyatlandığı üçün hərbi təlimlər keçirir. Ermənistan ilk öncə 44 günlük müharibədə sıradan çıxan hərbi-texniki parkını yeniləməlidir. Yəni bir sözlə, Ermənistanın hazırda istəyi ordusunun normal döyüş vəziyyəti hazırlığına gətirilməsidir. Əgər Azərbaycana qarşı müharibə etmək istəyi varsa, bunun üçün havadarları Ermənistanı indiki mərhələdə ən azı üç ilə silahlandırmalıdır. Hazırda Ermənistan ordusunda boşluq var. 44 günlük müharibədə Azərbaycanın güclü ordusu erməni hərbçilərinin çoxunu məhv etdi. Fərari erməni ordusu hərbi texnikalarını qənimət kimi bizə bəxş edib.

Digər səbəb isə, Ermənistanın Zəngəzur dəhlizi məsələsində Azərbaycan və Türkiyənin hərbi gücdən istifadə etmə ehtimalından ehtiyatlanmasıdır. Yaxın ən azı beş il ərzində Ermənistanın Azərbaycana qarşı müharibə etmək gücü yoxdur. Müharibə isə güc tələb edir.

Ermənistanın da qısa müddətə güclənməsi mümkün deyil.

Fransa, İran, Hindistan silahlandırsa, Ermənistan ordusu beş ilə müəyyən qədər özünə gələ bilər. Lakin bu müddət ərzində Azərbaycan ordusunun da yerində dayanmadığını unutmamalıdırlar. Azərbaycan ordusu gündən-günə güclənir, yaranacaq hər bir təhlükəyə qarşı yüksək səviyyədə hazırlıq keçir.

Yaxın perspektivdə Azərbaycana qarşı müharibəyə qalxan ölkə Ermənistan olmayacaq. İkinci və üçüncü dövlətlər vasitəsilə Ermənistan üzərindən Azərbaycana qarşı yaranan təhlükəyə qarşı hazır olmalıyıq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

385
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv