!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kənardakıların "kino" tamaşası: İki qrup bir-birinə hücum çəkdi, bıçaqlar çıxarıldı... - ANBAAN VİDEO  

!Reklam – Yazi

Türkiyənin Qocaəli şəhərində yaşanan dəhşətli hadisə sosial şəbəkələrdə gündəm olub.

Yenicag.az xəbər verir ki, 2 gənc qrup arasında dava olub. Yaranan münaqişə isə daha sonradan qanlı-bıçaqlı insidentə çevrilib.

Belə ki, tərəflər ilk öncə normal söz mübahisəsi edib, daha sonra isə bir-birinə bıçaq çəkiblər.

İyirmi yaşlarında olan qızlardan biri yaralanıb. Hadisənin təəssüf doğuran tərəfinə gəldikdə, onları heç kəsin ayırmağa çalışmamasıdır. Ətrafdakı şəxslər sadəcə davanı izləyib.

Qızlı-oğlanlı qrupların əlbəyaxa davası qızışdıqda ətrafdakılar onları ayırmağa cəhd edib. Təkidlərdən sonra dava edən şəxsləri bir-birindən ayırmaq çətin də olsa, mümkün olub. Onları ayırmağa çalışanlardan gənc bir vətəndaş da yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv