!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kənd təsərrüfatının aşağı məhsuldarlığı: "Xaricdən mütəxəssislər cəlb edilməlidir"

!Reklam – Yazi

Azərbaycan iqtisadiyyatının ən zəif sektorlarından biri kənd təsərrüfatı hesab olunur. Müstəqil ekspertlərə görə, buna səbəb kənd təsərrüfatı naziri İnam Kərimovun dövründə yaradılan və hər il yüz milyonlarla manat büdcə vəsaiti hesabına subsidiyalaşdırılan arqoparklara görə xırda fermer və ailə təsərrüfatlarının sıxışdırılması, torpaqların və təsərrüfatların kəndlilərin əlindən alınmasıdır.

Mövzu ilə bağlı iqtisadçı alim Vüsalə Əhmədova Yenicag.az-a açıqlama verib.

O, bildirib ki, aqroparkların yaradılması müsbət addım olsa da, ölkənin taxıl ehtiyacının ödənilməsinə qatqısı aşağıdır. Ümumilikdə, kənd təsərrüfatının inkişafı üçün beynəlxalq standartların tətbiqi vacibdir:

“Bir neçə il öncə ölkədə etibarlı ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqrar-sənaye kompleksinin modernləşdirilməsini təklif etmişdik. Hazırda 32 rayon üzrə 240 min hektar ərazidə 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bilirsiniz ki, bu cür təsərrüfatların yaradılması böyük maliyyə vəsaiti tələb edir. Aqroparklarda istifadə olunan bütün texnika, texnoloji avadanlıqlar, qurğular, müasir suvarma sistemləri xaricdən gətirilir. Xırda fermer və ailə təsərrüfatlarının məhdud maliyyə imkanları ilə bunları etməsi mümkün deyil.

2020-ci ildə ölkə üzrə ümumi 1818,7 min ton buğda istehsal olunub ki, bunun cəmi 124,3 min tonu yəni, 6,83 faizi aqroparklarda hasil olunub. Halbuki kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsinin 14,7 faizi aqroparkların payına düşür.

Ölkəmizin ümumi torpaq fondu 8641,5 min hektardır. Bunun da 4227 min hektarı, yəni 48,9 faizi kənd təsərrüfatında istifadə olunur. Kənd təsərrüfatına yararlı torpaqların isə yalnız 16,6 faizi və ya 793.065 hektarı yüksək keyfiyyətli torpaqlar hesab olunur. Kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsi isə 1.630,935 hektar təşkil edir. Qalanları yararsız torpaqlardır. Bir qismi şoranlaşmış, bir qismi eroziyaya uğramış və ya bataqlaşmış ərazilərdir. Torpağın üst qatlarında suda asan həll olan duzların çox olduğu ərazilər şoranlaşmış hesab olunur. Məhsuldarlığın aşağı olmasının əsas səbəbi də məhz budur. Suvarılan torpaqların 46,6 faizi şoranlaşmış ərazilərdir. Hazırkı vəziyyətdə qarşıda duran əsas məsələ xaricdən mütəxəssislər cəlb edərək bu ərazilərin münbitləşdirilməsi olmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv