!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağın kəndlərini boşaldan ERMƏNİLƏR: “Azərbaycan əsgərinə fobiyaları var” - EKSPERT

!Reklam – Yazi

“Ermənilərdə həmin torpaqlardan qaçmaq istəyi çoxdan olub”.

Bunu Azərbaycan Ordusunun ötən ilin sentyabrında strateji yüksəkliklərə nəzarəti bərpa etməsi nəticəsində sərhədboyu ərazilərdə yerləşən ermənilərin kəndləri boşaltmasına münasibət bildirən hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, sentyabrın 12-14-ü erməni təxribatlarına qarşı yönəlmiş hərbi əmliyyatlardan sonra Kəlbəcər-Laçın ərazisində strateji yüksəkliklər nəzarətimizə keçdi:

“Müşahidəmiz altında olan kəndlərdə yaşayan ermənilərin Azərbaycan əsgərinə fobiyası var. Halbuki Azərbaycan əsgəri heç vaxt mülki əhaliyə atəş açmaz.

Həm də səhər yuxudan oyandıqda Azərbaycan bayrağını görən ermənilərdə diskomfort yaranır.

Ermənilər ilk fürsətdə Ermənistanı tərk etməyə meyillidir. Erməni əhali yalnız sərhəddə baş verən proseslərə görə yox, gələcəyə ümid olmaması səbəbindən ölkəni tərk edir. Rayonlarda yaşayanlar İrəvana, İrəvandakılar isə xaricə qaçmaq istəyir. Ermənistan yaşanacaq ölkə səviyyəsində deyil. Bir sözlə – ermənilərdə həmin torpaqlardan qaçmaq istəyi çoxdan olub. Hazırki dövrdə hərbiyə əsgər tapa bilməyən Ermənistanın gələcək taleyi heç də yaxşı olmayacaq. Səfərbərliyə kişi tapmayan Ermənistan artıq qadınları hərbiyə yönəltməyə əl atır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv