Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kəndin küçələrində ayı balaları - Balakəndə / VİDEO

Balakənin Mahamalar kəndində görünən qonur ayı balaları meşəyə qayıdıb. Bu gün səhər saatlarında Balakənin Mahamalar kəndində görüntülənən ayı balalarının təxminən iki yaşı var.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib.

O qeyd edib ki, ayılar instinkt olaraq iki yaşdan sonra balalarını özündən ayırır: “Belə olduqda həmin ayılar sərbəst vərdişlərə yiyələnməyə çalışırlar. İndi meyvə mövsümü olduğundan çox güman ki ayılar yem axtarmaq üçün meyvə bağlarına üz tutublar. Orada itlərdən hürküb şəhər mərkəzinə gəliblər.

Belə halda insanların ayılara yaxınlaşmamağı məsləhətdir ki, heyvanlar ərazidən çıxsınlar. Belə ki, avtomobil heyvanları təqib edəndə onlarda aqressiya yaranır. Əgər onlara heç bir müdaxilə olunmasa, bala ayılar təhlükəli deyil”.

www.yenicag.az

194
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100