!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəngərlidə yeni ATS quraşdırıldı

!Reklam – Yazi

Kəngərli rayonunun Qıvraq qəsəbəsində sakinlərə müasir multimedia xidmətlərinin göstərilməsi üçün yeni NGN tipli Avtomat Telefon Stansiyası quraşdırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihənin həyata keçirilməsi mövcud resurslar və ehtiyatlar hesabına nazirliyin və tabeli qurumların mütəxəssisləri tərəfindən həyata keçirilib. Belə ki, nazirliyin mühəndisləri tərəfindən mövcud Karel tipli ATS üzərindəki nömrələr yeni quraşdırılan 848 nömrətutumlu Avtomat Telefon Stansiyasına köçürülüb.
Qeyd edək ki, yeni quraşdırılan ATS vasitəsilə istifadəçilər telefon rabitəsi ilə yanaşı, yüksəksürətli internet, videogörüntülü rabitə və çoxlu sayda servis xidmətləri ilə təmin olunurlar.

www.yenicag.az

130
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv