!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keosayanın “Sputnik Ermənistan”ın bağlanmasına səbəb olan ÇIXIŞI - VİDEO

!Reklam – Yazi

“Sputnik Ermənistan” Ermənistanda bir aylıq fəaliyyətini dayandırıb.

Yenicag.az xəbər verir ki, erməni mediasının yazdığına görə, “Sputnik Ermənistan” radiosunun yayımını dayandırmasına təbliğatçı-jurnalist Marqarita Simonyanın aparıcı-təbliğatçı əri Tiqran Keosayanın 10 dəqiqəlik monoloqu olub.

Ağzı qızışan Keosayan bir neçə dəfə Ermənistanın baş nazirini pislik, satqın, sorosçu, şizofrenik və digər təhqiramiz ifadələrlə təhqir edib.

Ermənistanı “lazımsız”, Fransa və fransızları “cır-cındırlar” adlanırıb.

Paşinyanı Tələt Paşa ilə müqayisə edib, ona Türkiyə agenti deyib.

“Erməni soyqırımı”nın bütün təşkilatçıları kimi onun da öldürüləcəyini və cəzadan yaxa qurtara bilməyəcəyinə söz verib.

Rus əsgərini tərifləyib, Rusiyanın geosiyasi gücünü və böyüklüyünü tərənnüm edib.

Nəticədə Ermənistan Televiziya və Radio Komissiyası Rusiya vətəndaşı və Kremlin təbliğatçısı Tiqran Keosayanın Ermənistan rəhbərliyinə qarşı kobud və təhqiramiz ifadələri ilə əlaqədar Kremlyönlü “Sputnik Armeniya” radiosunun lisenziyasını ləğv edib və müvəqqəti olaraq yayımını qadağan edib.

Xuraman Etibarlı

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv