!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Kəpəz” Gəncədə “Neftçi”yə məğlub oldu

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında onuncu turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, günün ilk matçında “Kəpəz” Gəncədə “Neftçi”ni qəbul edib.

Gəncə şəhər stadionunda oynanılan matçda “Neftçi” klubu 2:0 hesablı qələbə qazanıb. Bakı təmsilçisinin heyətində Emin Mahmudov və Kenni Sayef fərqləniblər.

Bu nəticədən sonra xallarının sayını 22-yə çatdıran “Neftçi” üçüncü pillədə qərarlaşıb. Dörd xala malik “Kəpəz” klubu “Sumqayıt”la birlikdə 8-9-cu yerləri bölüşdürür.

Qeyd edək ki, günün ikinci görüşündə “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək.

Turun əvvəlki oyunlarında “Şamaxı” evdə “Qəbələ” ilə 1:1, “Səbail” səfərdə “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edib, “Sabah” isə doğma meydanda “Zirə”yə qalib gəlib – 1:0.

www.yenicag.az

471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv