!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Kəpəz” gürcüstanlı yarımmüdafiəçini heyətinə qatdı

!Reklam – Yazi

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

Yenicag.az xəbər verir ki, gürcüstanlı Georgi Papunaişvili “sarı-göylər”in şərəfini qoruyacaq.

27 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

Tbilisi “Dinamo”sunun yetirməsi olan Papunaişvili ölkəsi ilə yanaşı, Avropada da çıxış edib, İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyinib. O, Kiprin “Apollon” və Serbiyanın “Radniçki” klublarında oynayıb və Gürcüstan yığmasında 12 oyuna 2 qol vurub.

Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Papunaişvilinin son klubu ölkəsində “Telavi” olub.

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv