!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Kəpəz” “Sabah”a məğlub oldu

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasında XV tur davam edir.

Yenicag.az xəbər verir ki, günün ilk oyunu Tovuzda baş tutub.

Ev görüşlərini orada keçirən “Kəpəz” “Sabah”ı qəbul edib. Uğursuz mövsüm keçirən bakılılar autsayder önündə sensasiyaya imkan verməyiblər. Murad Musayevin yetirmələri iki erkən qolla matçın taleyini həll ediblər. Əvvəlcə 6-cı dəqiqədə Anatoli Nuriyev hesabı açıb. 15-ci dəqiqədə isə Yeqor Xvalko avtoqol müəllifi olub.

Beləliklə, 2:0 hesablı qələbə qazanan “Sabah” xallarının sayını 19-a yüksəldib. “Kəpəz” isə 10 xalla sonuncu pillədə qalıb.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Neftçi” – “Zirə” və dekabrın 4-də oynanılacaq “Qarabağ” – “Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq./Report/

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv