!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Kəpəz” Turan Tovuz”a qalib gəldi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

Yenicag.az-ın məlumatına görə, günün ikinci matçında “Kəpəz” “Turan Tovuz”la üz-üzə gəlib.

Qəbələdə gerçəkləşən qarşılaşma Gəncə klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qaliblərin qollarını 25-ci dəqiqədə Şakir Seyidov, 71-ci dəqiqədə Martins Junior vurublar. Tovuz təmsilçisində 4-cü dəqiqədə Ayxan Quseynov fərqlənib, Faiq Hacıyev 9-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, “Səbail” və “Zirə” arasında keçirilmiş günün ilk görüşü qolsuz bərabərliklə başa çatıb. Ötən gün “Sabah” – “Neftçi” matçında da eyni nəticə qeydə alınıb. Turun “Qəbələ” – “Sumqayıt” və “Qarabağ” – “Araz-Naxçıvan” oyunları yanvarın 23-də keçiriləcək./Report/

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv