Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“KİA” “Niva” ilə toqquşdu – 3 yaralı-Video

asasas92Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə səhər saatlarında Bakı-Qazax magistral yolunun 192-ci kilometrliyində, Kürdəmir rayonunun Atakişilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bərdə rayon sakini Mahir Bayram oğlu Bəndəliyev idarə etdiyi “KİA” markalı minik maşını ilə əks istiqamətdə hərəkətdə olan Ağcabədi rayon sakini Şahin Şirin oğlu Bayramovun idarə etdiyi “NİVA” markalı avtomobil toqquşub.

Nəticədə, “NİVA”-nın sürücüsü və “KİA”-da olan Bərdə rayon sakinləri, Seymur Bayram oğlu İsrafilov və Təbiyyət Surxay oğlu Şirinov müxtəlif bədən xəsarətləri alıblar. Onlar ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının tramatologiya şöbəsinə çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

 

www.yenicag.az

368