!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kiberdələduzlardan qorunmağın YOLLARI: “Belə hallarla üzləşən vətəndaşlar mütləq...”

!Reklam – Yazi

“Vətəndaşlar sosial şəbəkələrdə kiməsə ödəniş edərkən, mütləq qarşı tərəfdən şəxsiyyət vəsiqəsini və digər şəxsi məlumatları tələb etməlidirlər”.

Bu fikirləri sosial mediada müxtəlif şəxslərin adından saxta profillərin açılması və onların tanışlarından pul toplanması kimi əməllərin yaratdığı hüquqi məsuliyyəti şərh edən hüquqşünas Turan Abdullazadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları da həmin saxta profillərin kimə məxsus olduğunu müəyyən etməkdə çətinlik çəkirlər:

“Elmi-texnoloji inkişaf insan və cəmiyyətin tərəqqisi yolunda müsbət tendensiyalara səbəb olsa da, öz-özlüyündə sosial mediada, internet informasiya ehtiyatında dələduzluqların artmasına da yol açır. Belə ki, hazırda azyaşlı uşaqlardan tutmuş yaşlı nəslə qədər hər kəsin əlində mobil cihazlar var. Bu da kiberdələduzların qurban dairəsini gün-gündən genişləndirən faktordur.

Vətəndaşlara məsləhətim ondan ibarətdir ki, sosial şəbəkələrdə tanımadıqları insanlara bank hesab kartlarının şifrəsini, üzərindəki yazıları, şəxsiyyət vəsiqəsi məlumatlarını və digər əhəmiyyətli məlumatları atmasınlar. Habelə naməlum və şübhəli linklərə daxil olmasınlar. İşin çətin tərəfi odur ki, kiberdələduzların bir çox hallarda şəxsiyyətini müəyyən etmək olmur.

Çünki onlar saxta hesab və profillərdən istifadə edirlər. Buna görə də vətəndaşlar ayıq-sayıq olmalı, şübhəli əməliyyatlardan qaçmalıdırlar. Belə hallarla üzləşən vətəndaşlar mütləq hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Lakin qeyd etdiyim kimi, hüquq-mühafizə orqanları da həmin saxta profillərin kimə məxsus olduğunu müəyyən etməkdə çətinlik çəkirlər. Buna görə də vətəndaşlar sosial şəbəkələrdə kiməsə ödəniş edərkən, mütləq qarşı tərəfdən şəxsiyyət vəsiqəsini və digər şəxsi məlumatları tələb etməlidir.

Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə – min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə – yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir.

Həmin Məcəllənin 227-ci maddəsi o maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir”.

Nuray Məmmədzadə

www.yenicag.az

248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv