!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kibertəhlükəsizlik sahəsində BOŞLUQLAR: "Kartlara edilən müdaxilələr..." - RƏY

!Reklam – Yazi

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu sahə üçün ayırdığı vəsaitlər qeyri-peşəkar mütəxəssislər tərəfindən mənimsənilib”.

Bu sözləri AMB-nin qəbul etdiyi yeni strategiyaya münasibətini bildirən informasiya texnologiyaları mütəxəssisi Elçibəy Məmmədov Yenicag.az- açıqlamasında bildirib.

O qeyd edib ki, sözügedən layihəyə Dövlət Təhlükəsizlik Xidmətinin nəzarət etməsi insanlarda məsələyə inam doğurur:

“Ölkədə tətbiq olunan kibertəhlükəsizlik məsələləri çox zəif haldadır. Bu illər ərzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu sahə üçün ayırdığı vəsaitlər qeyri-peşəkar mütəxəssislər tərəfindən mənimsənilib. Nəticə olaraq, bu sahə tamamilə geridə qalıb. Bunun bariz nümunəsi olaraq MİDA-nın həyata keçirdiyi evlərin satışı zamanı saytın çökməsini və ora edilən müdaxilələrdir.

Hazırda DTX və bir neçə dövlət qurumunun ümumi layihələri əsasında kibertəhlükəsizliklə bağlı məsələlər ön plana çəkilib. Sözügedən sahə üzrə kadrların əksəriyyəti əvvəllər xaricdə idisə, onlar yenidən ölkəyə dəvət olunub.

İstifadəçilərin bank kartlarına edilən müdaxilə və onların etibarından sui -istifadə olunmasıyla bağlı daxil olan şikayətlər Mərkəzi Bankın qəbul etdiyi “Kibertəhlükəsizlik Strategiyası” prosesinin tətbiq edilməsinə rəvac verdi. İnanaq ki, layihə uğurlu olacaq. Lakin nəzərə alsaq ki, bu illər ərzində dövlət tərəfindən qəbul edilən qaydaların düzgün yerinə yetirilməməsi prosesin peşəkar mütəxəssislərə həvalə edilməsinə inamı azaldır. Ancaq nəzərə alsaq ki, bu proseslərə DTX nəzarət edəcək, o zaman qanunun daha uğurlu olmasına dair ümidlər çoxalır. Düşünürəm, bu yolla insanların kartlarına edilən müdaxilələr azalmış olacaq”.

Yusif Səmədzadə

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv