!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kibertəhlükəsizlik üçün tələbat olan sahələrdə yeni laboratoriyalar yaradılacaq

!Reklam – Yazi

İnformasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmin edilməsi üçün tələbat olan sahələrdə yeni laboratoriyaların yaradılacaq, mövcud olanlar təkmilləşdiriləcək.

Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda əksini tapıb.

Strategiyaya əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Elm və Təhsil Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə mütəmadi olaraq, prioritet olan sahələrin müəyyənləşdirilməsini, müvafiq sahələrdə yeni laboratoriyaların yaradılması, mövcud olanların təkmilləşdirilməsi üzrə ehtiyacların qiymətləndirilməsini, yeni laboratoriyaların yaradılması və mövcud olanların təkmilləşdirilməsini təmin etməlidir./apa/

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv