!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kılıçdaroğlu Ərdoğanla rəqabət aparacaq namizəd deyil, “Altılı masa”nın dağılması isə...” – Zərdüşt Əlizadə

!Reklam – Yazi

“Müxalifətin parçalanması, seçkilərə bir neçə namizədlə qatılması onun hakimiyyətə gəlmək şansını minimuma endirir”.

Bu fikirləri Türkiyədə keçiriləcək prezident seçkiləri ərəfəsində qardaş ölkənin müxalifət düşərgəsində baş verən son prosesləri dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə müxalifətinin pərakəndə vəziyyətə düşməsi imkanları yüksək olan Ərdoğanın şanslarını daha da artırıb:

“Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, istənilən ölkədə müxalifətin seçkilərdə qalib gəlmək şansı onun monolitliyindən keçir. İqtidarın obyektiv şəkildə güclü olduğu ölkələrdə müxalifətin parçalanması, seçkilərə bir neçə namizədlə qatılması onun hakimiyyətə gəlmək şansını minimuma endirir.

Türkiyədə “Altılı masa”nın Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməsi və bunun nəticəsində Meral Akşenərin koalisiyadan çıxması müxalifətin imkanlarını xeyli zəiflədib.

Açıq demək lazımdır ki, Kılıçdaroğlu nüfuzu və gücü böyük olan Ərdoğanla rəqabət apara biləcək namizəd deyil. “Altılı masa”nın dağılması isə müxalifətin nüfuzuna ciddi zərbədir. Ona görə də hesab edirəm ki, bu gedişat Ərdoğanın yenidən seçilmək imkanlarını xeyli artırıb.

Digər tərəfdən, Türkiyə oturuşmuş daxili və xarici siyasəti olan dost ölkədir. Bu səbəbdən, orada hakimiyyət dəyişsə belə, dövlətin siyasətinə köklü korrektə ediləcəyi düşünülmür. Bizim istədiyimiz də odur ki, Türkiyədə hakimiyyətdə hansı siyasi qüvvə olursa-olsun, dost ölkənin çırağı yansın, işığı gəlsin”.

A.Zeynalov

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv