!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kılıçdaroğlunun Azərbaycana “REVERANSI”: “Türkiyənin indiki düzənini alt-üst etmək üçün...” - RƏY

!Reklam – Yazi

“Türkiyədəki seçkilərin Azərbaycan və türk dünyasının taleyinə çox ciddi təsirinin olacağı birmənalıdır”.

Bu fikirləri Türkiyənin müxalifət lideri və prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun son günlər Azərbaycana yönəlik reverans xarakterli çıxışlarını intensivləşdirməsinə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, Kılıçdaroğlunun və komandasının Azərbaycana münasibətdə səmimiliyi bizim gözlədiyimiz səviyyədən xeyli aşağıdır:

“Bu barədə danışarkən bəzi məsələlərin mütləq nəzərə alınması lazımdır. Əvvəla, seçki kampaniyalarında səsləndirlən fikirlər proqram xarakteri daşımadığı və sadəcə, daha çox səs qazanmaq üçün səsləndirildiyinə görə onları tam ciddi qəbul etmək doğru olmazdı. Mən bunu səmimiyyət məsələsinə toxunmadan söyləyirəm.

Ümumiyyətlə isə, sərgilədiyi tövrlər, məlum xəritə məsələsi və başqa məqamlar Kılıçdaroğlunun bir siyasətçi kimi mahiyyətini açıb göstərir. Üstəlik, Kılıçdaroğlunun terrorçu PKK-nın siyasi uzantısı olan HDP ilə ortaqlıq sərgiləməsi, Türkiyə siyasətinin ana xətlərində dəyişiklik edəcəyini bildirməsi, Qərbə və ABŞ-yə xüsusi münasibət göstərməsi onu deməyə əsas verir ki, bu, Türkiyənin indiki düzənini alt-üst etmək üçün hakimiyyətə gətirilməsi nəzərdə tutulan siyasi qüvvədir.

Ola bilər, bu fikirlərim Türkiyənin daxili siyasətinə müdaxilə kimi qiymətləndirilsin, amma mən sərt ifadə işlətmək məcburiyyətindəyəm. Çünki bu seçkilərdə yalnız Türkiyənin taleyi həll olunmur. Eyni zamanda Türkiyədəki seçkilərin Azərbaycan və türk dünyasının taleyinə çox ciddi təsirinin olacağı birmənalıdır. Regionda, hətta mümkündür ki, dünyada yeni düzənin formalaşması baxımından bu seçkilər müstəsna əhəmiyyətə malikdir. Ona görə də Türkiyə seçicisinin yanlış qərarı katastrofik nəticəyə yol açar.

Ancaq seçkilərin birinci turundan sonra bu qənaətdəyəm ki, Türkiyə insanı ortaya birmənalı, qətiyyətli mövqe qoydu və partiya, qrup maraqlarını milli mənafelərə tərəddüdsüz qurban verdi. Təsəvvür edin, zəlzələ bölgəsində nə qədər narazı insan yaşasa da, o ərazilərdə Türkiyənin hakim partiyası qalib gəldi. Ona görə də seçki kampaniyasında səsləndirilən fikirlərə aludə olmağa dəyməz. Məşhur deyim var, “avazın yaxşı gəlir, oxuduğun Quran olsa”… Lakin bəyanatları və konkret əməlləri tutuşduranda görürük ki, Kılıçdaroğlunun və komandasının Azərbaycana münasibətdə səmimiliyi bizim gözlədiyimiz səviyyədən xeyli aşağıdır”.

Mən cənab Ərdoğanın parlament seçkilərində qələbə çaldığı və prezident seçkilərinin birinci turunda böyük üstünlük qazandığı kimi, seçkilərin ikinci turunda da qalib gələcəyinə əminəm”.

A.Zeynalov

www.yenicag.az

799
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv