!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kilsədə dəhşətli CİNAYƏT: Yepiskop ağzından bıçaqlandı – VİDEO

!Reklam – Yazi

Avstraliyada ticarət mərkəzindəki qanlı hücumdan sonra həyəcan təbili çalan ölkədə daha bir qan donduran hadisə baş verib.

Yenicag.az xəbər verir ki, Ueyklidəki “Christ The Good Shepherd” kilsəsində mərasim zamanı yepiskop Mar Mari Emmanuel bıçaqla hücuma məruz qalıb.

İnternetdə yayımlanan görüntülərdə təcavüzkarın sakitcə yepiskopa yaxınlaşaraq, əlindəki bıçaqla Mar Mari Emmanuelin üz və boyun nahiyəsinə zərbələr vurduğu görünür.

Hadisədən sonra mətbuata açıqlama verən polis səlahiyyətliləri, aralarında yepiskopun da olduğu 4 nəfərin yaralandığını və müalicələrinin xəstəxanada davam etdirildiyini bildirib.

 

www.yenicag.az

153
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv