!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kim Çen In Rusiyaya niyə zirehli qatarla GETDİ?

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Şimali Koreya lideri Kim Çen In sentyabrın 10-da axşam saatlarında paytaxt Pxenyanı qatarla tərk edərək Rusiyaya rəsmi səfərə gedib.

Yenicag.az xəbər verir ki, ölkə rəhbərinin zirehli qatarla Rusiyaya getməsi diqqət çəkib.

Məlumata görə, Şimali Koreya liderləri indiyədək səfərlərində heç vaxt təyyarələrdən istifadə etməyiblər. Ölkənin hazırkı lideri Kim Çen In bu ənənəni pozmayıb. O, atası Kim Çen İrin miras qaldığı qatarla Rusiyaya gedib. Kim Çen In bu qatardan sonuncu dəfə 2019-cu ildə ABŞ-ın o zamankı prezidenti Donald Trampla görüşmək üçün Vyetnama gedərkən istifadə edib.

Kimin ümumi olaraq 15 vaqondan ibarət olan xüsusi zirehli qatarı həddindən artıq çəki və təhlükəsizlik nəzərə alınmaqla saatda maksimum 60 km sürətə çatır. Təhlükəsizlik qatarı zirehli qatardan əvvəl marşruta nəzarət etmək üçün yola düşür. Əvvəlki qatarda zenit sistemləri və ağır silahlar var. Vaqonlardan biri mətbəxdir. Biri iş otağıdır, digəri isə istirahət salonudur. Vaqonların birində Kimin sevimli şampanlarından ibarət otağı da var.

www.yenicag.az

256
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv