!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kim qeydə alınır-alınsın, mən partiyamızın fəaliyyətini dayandırmasından təəssüflənmirəm” – Teyyub Qənioğlu

!Reklam – Yazi

“İndi əksər partiyalar arzuolunan dəyişikliklərin təkamül prinsipi ilə baş verməsinin vacibliyini bəyan edirlər”.

Bu fikirləri partiyaların təkrar qeydiyyat prosesinin gedişini dəyərləndirən fəaliyyətini dayandırmış Təkamül Partiyasının keçmiş sədri Teyyub Qənioğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, təkrar qeydiyyat üçün müraciət etmiş partiyaların əksəriyyətinə müsbət cavab verilməsi təqdir olunmalıdır:

“Əslində, biz partiyanın fəaliyyətinin dayandırılması haqda qərarımızı düşünərək qəbul etdik. Yəni yanaşmamız belə oldu ki, partiyamız öz missiyasını başa vurduğu üçün bundan sonra fəaliyyət göstərməyimizə ehtiyac yoxdur.

Partiyaların təkrar qeydiyyat prosesini biz də izləyirik. Müraciət etmiş partiyaların əksəriyyətinə müsbət cavab verilməsi təqdir olunmalıdır. Ancaq bu hal bizim qərarın yanlış olması anlamına gəlmir. Kim qeydə alınır-alınsın, mən partiyamızın fəaliyyətini dayandırmasından təəssüflənmirəm.

Biz 1995-ci ildə Təkamül Partiyasını yaradanda, irad tuturdular ki, hansı təkamüldən danışmaq olar? Buna baxmayaraq, inanırdıq ki, ölkədə hər şey təkamül yolu ilə getməlidir. Çünki təkamülün əksi xaosdur. İndi əksər partiyalar bizim o mövqedən çıxış edirlər ki, arzuolunan dəyişikliklər təkamül yolu ilə baş verməlidir. Mən təkrar qeydiyyatdan keçmiş partiyalara uğur arzulayıram”.

A.Zeynalov

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv