!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kimin əli, kimin cibində? - İki arada, bir dərədə qalan Ukraynanın güvənc yeri - RƏY

!Reklam – Yazi

“Almaniya, Fransa və Macarıstan Ukraynanın təhlükəsizliyinin təmin olunmasında maraqlıdır”.

Bu sözləri Rusiya-Ukrayna böhranı fonunda Moskvanın gələcəkdəki aqibətini dəyərləndirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hücum etməsi və müharibəyə başlaması Qərb ölkələrinin Moskvaya qarşı çıxmasına səbəb ola bilər, Rusiya isə bunu qətiyyən istəmir:

“Son günlər, xüsusən də Qərb mediası Rusiya ilə Ukrayna arasında müharibənin başlayacağı ilə məlumatlar yayır. Əslində, lokal toqquşmaların olması ehtimalı var. Lakin bu toqquşmalar Rusiyanın Ukraynaya hücum edərək oranı tam və ya qismən tutacağına əsas vermir. Rusiya başa düşür ki, Ukraynaya hücum etmək Qərb ölkələrini də öz qarşısında görməyə səbəb olacaq. Belə ki, iqtisadi sanksiyaların tətbiq olunması Rusiyanın boğulmasına yol aça bilər. Ona görə də Rusiya geri addım atmağa məcburdur. Bu gün Ukrayna böhranı ilə bağlı Qərb ölkələrində ikili yanaşma sərgilənsə də, hər halda, Almaniya və Fransa son nəticədə ABŞ-nin sözündən çıxa bilmir. Ona görə də Rusiyaya dəstək verən və ya atdığı addımlara göz yuman hər iki ölkə Ukraynanı dəstəkləməyə məcbur olacaq. İndiki vəziyyətdə Rusiya birbaşa geri çəkilə bilmir. Bu onun beynəlxalq nüfuzuna zərbə vura bilər. Hər bir halda, Rusiya təhlükələrin mövcudluğundan xəbərdardır.

Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şoltsla keçirilən birgə mətbuat konfransı zamanı, “Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir”, – deyib. Çünki Zelenski anlayır ki, Ukraynanın əldən getməsi Avropa üçün ciddi təhdiddir. Bu fonda Almaniya, Fransa və Macarıstan Ukraynanın təhlükəsizliyinin təmin olunmasında maraqlıdır. Əgər Ukrayna bütünlüklə Rusiyanın təsir dairəsi altında olarsa, Moskva zamanla digər ölkələrdə də rəqabət meydanına çıxa bilər. Bu proses isə Avropa İttifaqı üçün təhdiddir”.

Gülşən Şərif

www.yenicag.az

926
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv