!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Kiminsə hesabına seriallarda baş rola çəkilənlər...” – Xuramandan SƏRT İRAD

!Reklam – Yazi

“Kiminsə hesabına gəlib baş rola çəkilmək aktyorluq adına xələl gətirir”.

Bunu heç bir təhsili olmayan və şəxsi münasibətlər hesabına seriallarda baş rollara çəkilənlərlə bağlı fikirlərini bölüşərkən aktrisa Xuraman Nicat Yenicag.az-a açıqlamasında deyib.

O, istedadlı və peşəkar aktrisaların kənarda qalıb, qeyri-peşəkarların meydan sulamasında rejissorları qınaq atəşinə tutub:

“Bir aktyor, ya aktrisa təhsil görməyibsə, bir pedaqoq əlindən çıxmayıbsa, nə qədər istedadlı olsa da, onun sənət texnikası sıfıra bərabər olacaq və ondan aktrisa olmayacaq. Çünki aktyor sənəti elədir ki, istedadla yanaşı söz baqajı da olmalıdır. Son zamanlar bir tendensiya formalaşıb, kimsə hansısa üniversitetdə oxuya bilmirsə, qaçır gəlir İncəsənət Universitetinə. Adından bəlli olduğu kimi, söhbət incə sənətdən gedir. Burada boy, faktura da önəmlidir, görünüş, plastika diksiya da… Qabiliyyət imtahanı zamanı peşəkar pedaqoqlar, sənətkarlar təsdiqləyir ki, həmin adamdan aktyor, aktrisa olar, ya olmaz.

İstedadı olmayan kiminsə, nəyinsə hesabına hansısa serialda baş rola çəkilirsə, peşəkarlar isə kənarda qalırsa, bunun günahı və səhvi rejissorlardadır. Niyə rejissorlar peşəkar aktyoru qoyub, qeyri-peşəkarla işləməyi üstün tuturlar? Kiminsə hesabına gəlib baş rola çəkilmək aktyorluq adına xələl gətirir. Biz illərimizi vermişik, ali təhsil almışıq, tanınmış pedaqoqlardan sənətin sirlərini əxz etmişik, onların ələyindən ələnib gəlmişik. Belə olan halda bəs bizim haqqımız harada qalır? Tibb Universitetini bitirməyən biri xəstəxanada həkim kimi çalışa bilər? Və ya bir tibb işçisinin işini görə bilərik, əlbəttə, bu, mümkünsüzdür. Hər kəs öz işi ilə məşğul olmalıdır. Bizim yetərincə istedadlı və təhsilli aktyor və aktrisalarımız var. Çörəyi çörəkçiyə vermək lazımdır”.

Cəvahir

www.yenicag.az

354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv