!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Kimlərsə həyasızlıq edib efirlərdə at oynadacaqsa...” - Əməkdar artist QƏZƏBLƏNDİ

!Reklam – Yazi

“Adını qoyublar komediya, amma camaatı ələ salmaqla, lağa qoymaqla məşğuldurlar. Nə qədər ləhcə ilə danışıb insanları güldürməyə çalışmaq olar? Ayıbdır axı…”

Bu sözləri tanınmış aktyor, Əməkdar artist Vahid Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Təsadüfi insanların aktyor kimi fəaliyyət göstərdiyini, nəticədə peşəkarların kənarda qaldığını deyən V.Əliyev teatr və kinoşünaslara müraciət edib:

“Ay teatrşünaslar, kinoşünaslar niyə ağzınıza su alıb oturmusunuz? Siz susduqca qeyri-peşəkarlar sənəti gözdən salır. Əgər belədirsə, onda Mədəniyyət Universitetinin Aktyorluq fakultəsini bağlasınlar, onlar da işini bilsin. Kimlərsə həyasızlıq edib efirlərdə at oynadacaqsa, bu peşəkar gənc aktyorlar neyləsin? Axı onlar həyasızlıq etməyi bacarmırlar. Ona görə də qalıblar bir kənarda. Bəzən tamaşaçını qınayırlar, onları zövqsüz adlandırırlar. Söz düşəndə də deyirlər, tamaşaçı kimi tələb edirsə, ona da baxır. Xeyr, tamaşaçı zövqsüz deyil, onu hansı istiqamətə apararlarsa, o istiqamətə də gedir. Onlara səviyyəli sənət nümunələri təqdim olunmalıdır ki, zövqü də inkşaf etsin. Nə qədər efirə çıxıb insanları güldürmək üçün dəridən-qabıqdan çıxaracaqsınız, özünü aktyor adlandıran ay qeyri-peşəkarlar? Nə vaxta qədər onların at oynatmağına tamaşa edəcəksiniz və ağzınıza su alıb duracaqsınız, ay kinoşünas və teatrşınaslar? Niyə sözünüzü demirsiz?”

Cəvahir

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv