!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kino cameəsini yenidən parçalayan “BİRLƏŞMƏ”: “Nə Rasim, nə də Şəfiqə Məmmədova sədr olmağa…”

!Reklam – Yazi

“Yenə Rasim də, Şəfiqə də ittifaqın hesabına gedib sanatoriyalarda dincələcək, pulları xərcləyəcəklər”.

Bu sözləri Xalq artisti Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməsi xəbərinə reaksiya verən Xalq artisti Tariyel Qasımov Yenicag.az-a açıqlamasında deyib.

Aktyor əvvəldən bu işə razı olmadığını bildirib:

“Çox nahaq seçilib, Rasim ora layiq deyil. Nə Rasim, nə də Şəfiqə Məmmədova sədr olmağa layiq deyildi. Gənclər sədr seçilsəydi daha yaxşı olardı. Onlar gedib nəvələrini oynatmalıydılar.

Güya Rasimi seçiblər? Özləri düzüb-qoşub, seçiblər. Güya o ittifaq nə iş görür? Yalnız özləri gedib İttifaqın sanatoriyalarında dincəlir, kef edirlər, həm də ailəlikcə.

Fəaliyyətsiz, kinoya və bizə heç bir xeyri olmayan təşkilatdır. Yenə Rasim də, Şəfiqə də ittifaqın hesabına gedib sanatoriyalarda dincələcək, pulları xərcləyəcəklər, kefləri hara istəsə, gedəcəklər, vəssalam”.

Cəvahir

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv